Bordin: "Özümüz öz vəziyyətimizi çətinləşdirdik"

28.04.2019 | 6081 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sumqayıt"a evdə 2:3 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əlbəttə, bizim üçün üzücü gündür. Bəzi səhvlərimiz oldu. Xüsusilə də, 2:2-dən dərhal sonra qol buraxmağımız çox pis oldu. Çoxlu təhlükəli epizod yaratdıq, hətta top qapı dirəyindən qayıtdı. Özümüz öz vəziyyətimizi çətinləşdirdik. Artıq sabahdan növbəti iki oyuna hazırlaşacağıq.

- Oyundan əvvəl “Sumqayıt”ın heyətinə baxmışdınız? Rəqibin ehtiyat qüvvə ilə oynaması və kuboku düşünməsi sizdə arxayınlıq yaratmamışdı ki?

- Komandamı rəqibin necə, hansı heyətlə oynayacağını bilmədən hazırlamışdım. Deməzdim ki, rəqibin kubokda oynaması bizdə arxayınlıq yaratmışdı. İlk dəqiqələrdən bu, görünürdü. Sadəcə, yaratdığımız epizodları qola çevirə bilmədik.

- Bundan sonra “Qarabağ”ı geridə qoymağınız çox çətindir. Ümumi çempionatı dəyərləndirsəniz rəqib çempionluğu qazandı, yoxsa “Neftçi” hədiyyə etdi?

- “Qarabağ” çempionluğu rəsmiləşdirsə, bu sualı cavablandıraram. Çətin vəziyyətdəyik, amma mümkünsüz heç nə yoxdur. Çox yaxşı mövsüm keçirdik. Hətta böyük xal fərqi də yarada bilmişdik. Sadəcə, bunu saxlaya bilmədik.

- “Sumqayıt”dan bu mövsüm iki zərbə almısınız. Aşağı sıralarda qərarlaşan rəqiblə belə çətinlik çəkməyinizin səbəbi nədir?

- Deməzdim ki, "Sumqayıt"la oyunlarda xüsusi nəsə oldu. Bütün mövsümə nəzər salmaq lazımdır. Təkcə "Sumqayıt"la görüşlər deyil, digər bir neçə matç da oldu ki, lazımsız xallar itirdik.

- Səmimi olsanız, "Neftçi"nin çempionluğunun möcüzəyə bərabər olduğunu deyə bilərsinizmi? Neçə faiz şansınız qaldığınızı düşünürsünüz?

- Futbolda mümkünsüz heç nə yoxdur. Qarşıdakı matçları gözləməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail