Samir Abbasov: "Kaş UEFA bu qərarı bu oyundan qabaq çıxarardı"

01.05.2019 | 7706 dəfə oxunub

"Oynayan bir komanda vardı. Əfsuslar olsun ki, finala çıxan digər komanda oldu". Stadium.Az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinalında "Sumqayıt"la evdə  cavab oyunundan (3:3) sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis futbolçularına iradının olmadığını bildirib: "Buraxdığımız ilk qol çox pis oldu. Fasilədən sonra yaxşı oynadıq, va-bank getdik. Yaxşı komandamız var. Uşaqlara nəsə deməyə sözüm yoxdur. Paltardəyişmə otağında sükutdur. Bundan sonra finalda "Sumqayıt"a azarkeşlik edəcəyəm. Mənim ötən mövsüm baş məşqçisi olduğum "Sumqayıt" tam fərqli idi. Biz həmin vaxt iki "cəbhə"də mübarizə aparırdıq".

Abasov deyib ki, istədiyi komandanı qurmaq üçün vaxt lazımdır: "Mən gələndə "Zirə" birinci yerdə deyildi. Komanda qurmaq üçün vaxt lazımdır. Durumdan, kollektivdən razıyam. "Sumqayıt"dan tam fərqli ab-havadayıq. Bugünkü 3:3 hesablı heç-heçə "Sumqayıt"ı çempionatda udduğumuz 3 oyundan yaxşıdır. Geridə qalan matçda va-bank gedirsən. Bilal Həmdi yarımcanlı kimi çıxmışdı. Hesab məcbur etməsə, ola bilsin ki, onu oynatmazdım".

Baş məşqçi "pley-off" matçlarında səfər qolunun ləğvi ilə bağlı müzakirələrə də toxunub: "Kaş UEFA bu qərarı bu oyundan qabaq çıxarardı. İsmayıl Fafananı milliyə zarafatla məsləhət görmüşdüm. Bu gün va-bank getdim, onu əvəzlədim".

İlk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" səfər qolları ilə finala çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail