Ayxan Abbasov finala çıxdıqlarına inanmır

02.05.2019 | 7126 dəfə oxunub

"Bu il Sumqayıtın 70 illik yubileyidir. Finala çıxmaq şəhər üçün hədiyyədir". 

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Zirə" ilə səfərdə 3:3 hesablı heç-heçə etdikləri cavab oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, həyat sürprizlərlə doludur: "Mövsümə "Zirə"də başlayanda kimsə desəydi ki, finala çıxacaqsan, özü də "Sumqayıt"la - heç vaxt inanmazdım. Bu gün 3 qol vuran Peyman Babayi zədəli idi. Həkimlər güclə yetişdirdilər. Sevindirici haldır ki, qollar vurdu. Bura gələndə mən də düşünmüşdüm ki, legionersiz komandada necə işləmək olar? Ancaq gördüm ki, komanda ruhu tam başqadır. Gənc futbolçularla finala çıxmaq ölkə futbolu üçün bir siqnaldır".

Abbasov "Qəbələ" ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri final matçını lotereya kimi dəyərləndirib: "Çempionatda da iki finalımız var. Premyer Liqada sonuncu olmaq istəmirik. Mövsüm başa çatandan sonra rəhbərliklə fikir mübadiləsi aparacağıq. İndi avrokubok barədə danışmaq istəmirəm. Bura mənim üçün doğmadır. Baş məşqçi kimi ilk addımımı "Zirə"də atmışam. "Sumqayıt"la da Avrokubokda oynamaq istəyirəm".

İlk matçda qolsuz heç-heçə qeydə alındığı üçün "Sumqayıt" cavab görüşündəki səfər qolları sayəsində finala çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail