Qurban Qurbanov: "Heyətdə hansısa dəyişikliklər olacaq"

05.05.2019 | 5317 dəfə oxunub

"Futbolçularımızı, azarkeş və rəhbərliyimizi təbrik edirəm. Titul üçün hər komanda, hər məşqçi çalışır. Titulu qoruduğumuz üçün oyunçulara təşəkkür edirəm".

Stadium.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "Səbail"i 4:0 hesabı ilə məğlub edərək, çempionluğu rəsmiləşdirdikləri oyundan sonra deyib.

47 yaşlı mütəxəssisin ilk dəfə avrokuboka vəsiqə qazanan "Səbail"i təbrik edib. O, paytaxt təmsilçisinin qısa zamanda çox iş gördüklərini deyib.

Qurbanovun sözlərinə görə, sonuncu tura formal yanaşmayacaqlar: "Ola bilər ki, heyətdə hansısa dəyişikliklər olacaq. Ancaq yenə də öz oyunumuzu oynamağa çalışacağıq. Hər bir futbolçu bizim üçün dəyərlidir. Ancaq bəziləri ilə yollar ayrılmalıdır. Ancaq onlar sayı çox deyil. Yeni futbolçularla bağlı axtarışımız gedir. Hələ Reynaldo barədə də qərar verməmişik. Bu üzdən onun "Neftçi"yə və ya başqa kluba keçmə ehtimalı barədə nəsə deyə bilmərəm".

Baş məşqçinin sözlərinə görə, bu mövsümdəki çempionluq bir qədər çətin olub: "Hələlik Çempionlar Liqasını düşünmürük. "Neftçi" də çempion olmağa istəkli idi. Həmişə istəmişəm ki, komandalarımız güclü olsun, yeni sponsorlar gəlsin. Bu il qol baxımdan məhsuldarlıq yuxarıdırsa, deməli, işləri düzgün görmüşük".

Qurbanov vaxtı ilə rəhbərliyi altında çıxış edən veteran futbolçular - hazırda "Sumqayıt"a rəhbərlik edən Ayxan Abbasov və "Səbail"in baş məşqçisi Aftandil Hacıyev barəsində də fikirlərini bölüşüb: "Hər ikisi futbolçularım olub. Onların işə yanaşmasından razı qalmışam. İndiki uğulrarı əziyyətlərinin bəhrəsidir".

Baş məşqçi kapitan Rəşad Sadıqov barədə də fikir bildirib:" Rəşad "Qarabağ" üçün böyük qüvvə, böyük kapitandır. O, qışdan bəri cavanlığını geri qaytardı. Nə qədər dəyərli olduğunu göstərdi. Hələ gücü var".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail