Tərlan Əhmədov: "Komandada 2-ci hissədə nələrin baş verdiyi özümüzə də maraqlıdır"

05.05.2019 | 6099 dəfə oxunub

"Belə oyundan sonra deməyə söz tapmaq olmur, düşünürəm ki, qırmızı vərəqə almağımız oyunda sınma nöqtəsi oldu, ilk hissədə azlıqda qaldıq və bu, bütün planlarımızı pozdu".

Stadium.Az xəbər verir ki, "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 28-ci turunda "Zirə"yə 1:3 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.

O, komandasından daha yaxşı oyun gözləsə də, bunu görmədiyini bildirib: "Oyuna yaxşı hazırlaşmışdıq, amma qırmızı vərəqə almağımız oyunumuza pis təsir etdi. İlk hissədə hesabı bərabərləşdirdik. Fasilədə komandaya göstərişlər verildi, ümidimiz var idi, amma yenə də 2-ci hissədə məğlub olduq. Komandada 2-ci hissədə nələrin baş verdiyi özümüzə də maraqlıdır".

Əhmədov növbəti mövsümdə klubda qalsa, heyətdə ciddi dəyişikliklər olacağını qeyd edib: "Məni komandaya müşahidə şurasının sədri Zaur Axundov dəvət edib və son sözü o deyəcək. Hələ ki, sona 1 tur var. Komandada qalsam, heyətdə ciddi dəyişilliklər olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail