"6-cı yerdən qurtulmaq üçün son turda "Zirə"yə qalib gəlməliyik"

05.05.2019 | 5509 dəfə oxunub

"Oyun çox sönük keçdi. Ola bilsin, bu arxayınlıqla əlaqədar idi. Öz işimizi çətinə saldıq. 6-cı yerdən qurtulmaq üçün son turda "Zirə"yə qalib gəlməliyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah" komandasının baş məşqçisi Elşad Əhmədov Azrəbaycan Premyer Liqasının 27-ci turunda səfərdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, komanda Premyer Liqadakı ilk mövsümündə yerini qoruma tapşırığını yerinə yetirdiyi üçün son oyunlara arxayın çıxıb.

Elşad Əhmədov növbəti mövsüm də "Sabah"ın baş məşqçi vəzifəsinə qalacağına dair rəhbərliklə ilkin danışığının olduğunu diqqətə çatdırıb. O, məsələnin mövsüm bitdikdən sonra həllini tapacağını söyləyib.

 Baş məşqçi daxili nizam-intizam qaydalarını pozduğu üçün mövsümün sonunadək klubdan kənarlaşdırılmış Təmkin Xəlilzadə barədə də qərarı rəhbərliyin verəcəyini vurğulayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail