Almeyda: "Bu, bizim üstünlüyümüzdür"

06.05.2019 | 5762 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Azərbaycan Premyer liqasının 27-ci turunda "Səbail"ə 4:0  hesabı ilə qalib gələrək, ardıcıl 6-cı, ümumilikdə isə 7-ci çempionluğu rəsmiləşdirdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Çox möhtəşəm hisslərdir. Mən bura qayıdanda "Neftçi"dən 5 xal geridə idik. Sonda isə 5 xal fərqlə çempion olduq. Özümüzə inandıq, çalışdıq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq.

- Sizcə, niyə heç kim "Qarabağ"ın qarşısını kəsə bilmir?

- Biz təxminən 5-6 ildir ki, bir yerdəyik. Bir-birimizi yaxşı tanıyırıq. Bu, bizim üstünlüyümüzdür. "Neftçi" çempion ola bilməz.

- Əgər, çempionluğun taleyi son tura qalsaydı, necə olacaqdı?

- Belə olsaydı, komandalar daha çox güc itirərdi. Təbii ki, biz də qələbə qazanmaq istərdik. Çox fərqli bir oyun olardı.

- "Qarabağ"dan gedəcəksiz? Yoxsa, komandada qalmaq fikriniz var? Bu barədə danışıqlar gedib?

- Hələ müqaviləmin bitməsinə 6 ay qalıb. "Qarabağ" mənim ailəmdir, ürəyimdədir.  Ailəm də Azərbaycanı, "Qarabağ"ı sevir. "Qarabağ" bizim üçün çox şeydir.

- Kubokda uğursuzluq yaşadınız. Bundan sonra çempionata köklənmək çətin olmadı?

- Kubok oyunundan sonra motivasiyamız yüksək olmalı idi. Bu gün heç-heçə etsəydik, "Neftçi" udsaydı, hər şey yenidən başlayardı. Allahın izni ilə qələbə qazandıq.

- 1 dəfə Çempionlar Liqası qrup mərhələsinin sevincini yaşamısınız. Növbəti dəfə mümkündürmü?

- İnşallah...



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail