"Neftçi" "Poloniya"nı üç qolla keçdi - YENİLƏNİB

30.01.2012 | 9012 dəfə oxunub

Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. Stadium.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Neftçi" də bu gün ikinci matçına çıxıb.

B qrupunda mübarizə aparan "ağ qaralar" bu dəfə Polşanın "Poloniya" klubu ilə qarşılaşacaq. İlk görüşdə Ukraynanın "Metallist" klubuna 1:3 hesabı ilə məğlub olan "Neftçi" qrup qalibi olmaq şansını davam etdirmək üçün bu oyunda mütləq qələbə qazanmalı idi. Əks təqdirdə Böyükağa Hacıyevin komandası turnirlə erkən vidalaşacaqdı.

Ancaq "flaqman" vəzifəsinin öhdəsindən gəlib və qələbə qazanıb.
 

Beynəlxalq turnir
Qrup mərhələsi

B qrupu

30 yanvar
 
19:30. Neftçi – Poloniya - 3:1
Qollar: Bahodir Nasimov, 22; 39. Cavid İmamverdiyev, 90 - Traulka, 80.
 
"Neftçi"nin start heyəti: Rauf Mehdiyev, Rail Məlikov, Slavço Georgiyevski, İqor Mitreski, Rəşad Abdullayev, Denis Silva, Mirhüseyn Seyidov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, Bahodir Nasimov.

"Poloniya"nın start heyəti: Marçin Başinski, Tomas Yadlovets, Pavel Vjolek, Lukas Tralka, Avram 
Bruçyan , Maciey Sadlok, Tomas Brziyski, Aleksandr Todorovski, Pavel Sultes, Bruno Martins Koutinyu, Sebastian Prujurovski.  

Oyun başlandı.
İlk hücum "Neftçi"dən gəldi. Rəşad Abdullayevin hücumun sağ cinahından cərimə meydançasına ötürdüyü topa Bahodir Nasimov toxuna bilmədi. "Neftçi" real qol imkanından yararlana bilmədi.
"Neftçi" oyunda ərazi üstünlüyünə malikdir. "Poloniya" futbolçuları isə daha çox kobud oyunla yadda qalır.
QOOOL: "Neftçi" hesabda önə çıxır. Slavko Georgievski mərkəzdən Cavid Hüseynova ötürmə etdi, Cavid isə topu Bahodir Nasimova ötürür və özbək hücumç dəqiq baş zərbəsi ilə hesabı açır - 1:0.
Ruslan Abışıv sarı vərəqə ilə cəzalandırıldı.
 
QOOOL: Qapıçı Rauf Mehdiyevin irəli vurduğu zərbədən sonra Bahodir Nasimov qapıçı ilə təkbətək qalır və ikinci qolu rəqib qapısından keçirir - 2:0.
Rauf Mehdiyev ardıcıl 2 epizodda "Poloniya"nın 100 faizlik qol epizodlarından fərqlənməsinə imkan vermədi. 
İlk hissə başa çatdı.

İkinci hissə başlandı.
"Neftçi" ikinci hissəyə dəyişikliklə başladı. Fasilə zamanı özünü narahat hiss edən Rəşad Abdullayevi Emin Mehtiyev əvəzlədi.
50.Rauf Mehdiyev rəqibin daha bir qol imkanını zərərsizləşdirdi. "Neftçi"nin təcrübəli qapıçısı fantastik hərəkətlə topu qapı tirinin üzərindən aşırdı.
53. Emin Mehtiyevin uzaqdan zərbəsindən sonra top tirə dəyir.
"Neftçi"də daha bir əvəzetmə. Ruslan Abışovun yerinə meydana Elvin Yunuszadə çıxır. 
65. Meydana ikinci hissədə daxil olmuş Emin Mehtiyev sarı vərəqə ilə cəzalandırıldı.
80. Qol: "Poloniya" hesab arasındakı fərqi azaldır. Lukas Traulka fərqləndi - 2:1.
87. "Neftçi"də dəyişiklik: Mirhüseyin Seyidovu Cavid İmamverdiyev əvəzləyir.  
90. QOOOL: Oyuna yenicə daxil olmuş Cavid İmamverdiyev "Neftçi"nin üçüncü qoluna imza atır - 3:1.
Oyun başa çatdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail