"Qarabağ" "Obolon"a üç cavabsız qolla uduzdu - YENİLƏNİB

30.01.2012 | 5407 dəfə oxunub

Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün dördüncü sınaq matçına çıxıb.Stadium.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri qüvvəsini Ukraynanın "Obolon" komandasıyla görüşdə sınayıb.

Oyun "Qarabağ" üçün heç də yaxşı keçməyib. İlk hissədə hesabı açan "Obolon" fasilədən sonra daha iki qol vurub və "Qarabağ"ı darmadağınla yola salıb.

Ağdam təmsilçisinin Türkiyədəki ilk rəqibi Qazaxıstanın “Taras” komandası olmuşdu – 0:1. Avstriyanın “Rid” klubu ilə görüşdə Qurbanovun yetirmələri növbəti məğlubiyyətə üzülmüşdülər - 1:3. Ruminiyanın məşhur “Vaslui” komandasıyla qarşılaşmada isə heç-heçə qeydə alınmışdı – 1:1.


Yoxlama oyunu
30 yanvar

Qarabağ - Obolon - 0:3

"Qarabağ"ın start heyəti: Osman Umarov, Kamil Hüseynov, Eltun Yaqublu, Emin İmaməliyev, İlqar Qurbanov, Toğrul Bilallı, Nderim Nedzipi, Tural İsgəndərov, Qoran Paraçki, Vaqif Cavadov, Bəxtiyar Soltanov.

Matç başladı
3. Paraçki qapıya ilk zərbənin müəllifi olur
4. Eminin qapı qarşısına ötürməsi dəqiq olmur
5. Osman rəqib həmləsinin qarşısını alır
7. Vaqifin zərbəsini qapıçı çətinliklə dəf edir
8. Turalın baş zərbəsi alınmır
10. Daha bir qol şansı. Künc zərbəsindən uzaq sonrası qapıçıdan dönən topu Vaqif əla ram etsə də zərbəsi qapının üstündən keçir
13. Komandamız daha çox topa nəzarət edir
16. Bəxtiyarın ötürməsi son anda Vaqifə çatmadı
17. Osman rəqibin zərbəsini dəf edir
20. Komandamız daha çox hücumdadı
25. Oyunda sürət olsa da, qapılara yaxın düşmək çətinləşir
29. Bəxtiyarın reydi alınmır
31. Osmanın ram edə bilmədiyi topu Timçenko tora göndərir - 0:1
33. Qoranın ötürməsinə Tural çatmır
35. İlqarın sağ cinahdan qapı qarşısına əla ötürməsini tamamlayan olmur
40. Komandamız topa nəzarəti əldə saxlasa da, qapıya zərbə endirmək mümkün olmur
41. Eminin cərimə zərbəsi qapının üstündən keçir
45. İlk yarı başa çatdı
46. İkinci hissə başladı
49. Ukraynalılar 2-ci dəfə fərqlənirlər - 0:2
50. Eminin həmləsi nəticəsiz qalır
55. Oyun daha çox mərkəzdə gedir
57. Vaqifin zərbəsi dəqiq olmur
60. Tolstyakın cərimə zərbəsi dəqiq olmur
63. "Qarabağ"da dəyişiklik: Bəxtiyar Soltanov, Goran, İlqar Qurbanovun yerinə Rəşad Sadıqov, Zaur Həşimov, Rauf Əliyev meydana daxil olur
66. Komandamız ərazi üstünlüyü ələ keçirib
70. "Obolon" 3-cü dəfə fərqlənir - 0:3
71. "Qarabağ"da köklü dəyişiklik. Maksim, Teli, Namiq, Ansi, Adamiya, Vüqar oyuna daxil olur. Start heyətindən sadəcə Nedzipi meydandadı
74. Oyunda sürət artır
75. Adamiya son anda Nedzipinin ötürməsinə ayaq qoya bilmir
76. Vüqarın zərbəsini qapıçı 2-ci cəhddə ram edir
79. Bu dəfə Raufun zərbəsi dəqiq olmur
82. Ansi də təhlükə yaradır, amma qol  yoxdu
86.  Adamiya qapıya düşə bilmir
Oyun başa çatdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail