“Qarabağ” da maliyyə hesabatını yayımlayıb

09.05.2019 | 5807 dəfə oxunub

"Qarabağ" 2018-ci il üçün maliyyə göstəricilərini açıqlayıb. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hesabat 2018-ci ilin yanvar - dekabr aylarını əhatə edir.

Ağdam təmsilçisinin ötən il gəlirləri 15 milyon 218 min 140 manat, xərcləri isə 14 milyon 378 min 960 manat təşkil edib.

Bilet və abunəlikdən 733 min 910 manat, UEFA-dan pul mükafatı kimi 12 milyon 183 min 90 manat, teleyayımdan 414 min 240 manat gəlib, digər gəlirlər isə 1 milyon 886 min 900 manat olub.

İnzibati işçilər və futbolçulara (əmək haqqı ödənişi və s. mükafatlandırma) 8 milyon 250 min 880 manat, əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyasına (oyunçulardan başqa) 491 min 60 manat, gənclər futbolunun inkişafına 916 min 270 manat, digər xərclərə 4 milyon 720 min 750 manat sərf olunub.

Maliyyə ili üçün ümumi mənfəət 764 min manat olub.

Hesabatda klubun cari və cəmi öhdəlikləri 6 milyon 823 min 490 manat, cəmi kapitalı 17 milyon 950 min 110 manat, cəmi aktivləri isə 24 milyon 773 min 600 manat göstərilib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail