Könüllülük Proqramı Lənkəranda - FOTOLAR

30.01.2012 | 4465 dəfə oxunub

Lənkəran Gənclər Evində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 çərçivəsində “Könüllülük” Proqramının təqdimatı keçirilib. Stadium.az xəbər verir ki, tədbir iştirakçıları 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixlərində Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına hazırlıq və könüllülük proqramı haqda geniş məlumat əldə ediblər.

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin planlarına əsasən, çempionata yerli və xarici olmaqla 1000-ə yaxın könüllünün cəlb edilməsi nəzərdə tutulub.

Diqqətinizə çatdıraq ki, Xəzər-Lənkəran stadionunda 2 oyunun keçirilməsi nəzərdə tutulub. Lənkəran könüllüləri də yalnız oyun günləri dəstək üçün yox, həmçinin stadionda və onun ətrafında hərarətli bir dostluq mühiti yaratmaq üçün Yerli Təşkilat Komitəsinə köməklik göstərəcəklər.

Beynəlxalq könüllülər komandasında üzv olmaq üçün 18 yaşın tamam olması, Azərbaycan və ingilis dillərini bilmək kifayətdir. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər bir şəxs www.fifa.com/azerbaijan2012 linkinə keçid edərək daha ətraflı məlumat əldə edə bilər və qeydiyyat formasını doldurub [email protected] e-mail ünvanına “FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012/Könüllülük” başlığı altında yollaya bilərlər.

Məlumat üçün onu da qeyd edək ki, çempionatda könüllü kimi iştirak edəcək gənclərin daha da hazırlıqlı və məlumatlı olması üçün ali təhsil müəssisələrində, QHT-lərdə, səfirliklərdə, şirkətlərdə və bu kimi digər qurumlarda yanvar ayından başlayaraq mütəmadi təqdimatlar keçirilməkdədi. (AFFA)







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail