Ayxan Abbasov: "Bu, mövsümün ən vacib oyunu olacaq"

11.05.2019 | 5238 dəfə oxunub

"Çempionatın son oyununu qələbə ilə başa vurmağımız bizə bir pillə yuxarı qaldıracaqdı. Bu baxımdan, qalibiyyət bizim üçün önəmli idi. Hava şəraitini də nəzərə alsaq, ilk yarıda bizə çətin oldu. Amma uşaqlar sonadək mübarizə apardılar. Qalib gələrək çempionatı istədiyimiz kimi başa vurduq. Hər kəsi təbrik edirəm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının 28-ci tur matçından sonra keçirilən mətbuat konfransında deyib. 38 yaşlı mütəxəssis "Qəbələ" ilə mayın 19-da Naxçıvanda keçirəcəkləri ölkə kubokunun final matçına hazırlaşacaqlarını bildirib:

"Cəmi bir oyunumuz qalıb. Yenə rəqib "Qəbələ"dir. Bizi həqiqətən də çətin oyun gözləyir. Çünki təcrübəli komandaya qarşı oynayacağıq. Bu, mövsümün ən vacib oyunu olacaq".

Abbasov final matçında oruc tutmalarının futbolçulara problem yaratmayacağını bildirib: "Futbolçular peşəkardırlar. Böyük klublar, hətta Çempionlar Liqasındakı komandalar belə futbolçulara sərbəstlik verirlər. Qərarı özləri qəbul etməlidirlər. İnanıram ki, böyük problem olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail