Azərbaycan çempionatları tarixində bir ilk

13.05.2019 | 5092 dəfə oxunub

Azərbaycan Premyer Liqasının sonuncu -28-ci turu qonaqların üstünlüyü ilə keçib. Stadium.Az PFL-in saytına istinadən xəbər verir ki, 4 matçdan yalnız birində qələbə qazanan meydan sahibləri üç görüşdə uduzublar. 

Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Belə ki, çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəlib, 25 matçda heç-heçə qeydə alınıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk belə haldır ki, meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çox olur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.

Cari mövsümün nəticələrinə baxsaq, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfərdə 1-ci, “Neftçi” hər iki göstəricidə 2-ci olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail