Cavid Hüseynov: "Düzdür, mənim borcum var idi ..."
"Qəbələ"nin kapitanı Cavid Hüseynov Azərbaycan kubokunu qazandıqları matçdan sonra jurnalistlərə müsahibə verib:
- Uzun illərdən sonra nəhayət ki, komandanız arzusuna çatdı. Bu tarixi qələbəni necə şərh edərdiniz?
- Uzun həsrətdən sonra şükürlər olsun ki, bu gün kubok qazandıq. Buna qədər bir neçə dəfə finalda iştirak etsək də, qazana bilmirdik. Bu günə qismət imiş. Bu gün az da olsa "Qəbələ" klubuna nəsə qazandıra bildik.
- Sizi uzun fasilədən sonra çox istəkli gördük, sanki bu gün meydanda "Qəbələ"yə borcunuzu qaytarmaq istəyirdiniz...
- Düzdür, mənim borcum var idi və bu gün bu borcu qaytarmaq üçün bundan gözəl şans ola bilməzdi. Allaha şükürlər olsun ki, bu gün kubok qazandıq. Tale Heydərov kimi insanın və prezidentin etdiklərinin qarşısında bu kubok çox kiçik bir şeydir. Onun mənə etdiklərinə baxanda onun borcunu qaytara bilmərəm. Əgər bu kubokun qazanılmasında rolum varsa, nə xoş mənə.
- Belə söz-söhbətlər gəzir ki, mövsümün sonunda müqaviləniz bitir və klubdan ayrılacaqsınız, bu barədə nə deyə bilərsiniz?
- Doğrudur, müqaviləm bitir, ola bilər ki, ayrılım ola bilər komandada qalım. Əvvəlcə klub rəhbərliyi ilə görüşüb danışacağam. Ona görə də bu barədə indidən nəsə deyə bilmərəm.
- "Qəbələ" klubunda növbəti mövsüm üçün büdcə kəskin şəkildə azaldılacaq və gəncləçdirmə siyasəti aparılacaq, ancaq Zaur Həşimov mətbuat konfransında qeyd etdi ki, bu kubok artıq yeni səhifənin açılmasına təkan verə bilər. Əgər belə olsa, klubda qalmaq üçün danışıq aparacaqsınızmı?
- Mənim öz prinsiplərim var, bəzi şeylər onun üzərində olacaq. Bu madiyyatla bağlı məsələlər deyil. Rəhbərliklə danışıq aparacağam və qərar verəcəyəm.
- "Sabah" klubuna keçəcəyiniz bildirilir...
- "Sabah" və bir neçə başqa klub var ki, məni transfer etmək istəyir. Görüşmüşük, danışığımız olub və mən demişəm ki, mənə vaxt verin kuboku qazanım, rəhbərliklə danışım və sizə dəqiq söz deyim.
- Qeyd etdiniz ki, klubun sabiq prezidenti Tale Heydərova borcunuz var, bu kuboku ona həsr edirsiniz?
- Bu 100 faiz belədir. Çempionatın sonuna 5 tur qalmış onun klubu tərk etməsi bizə, komandaya pis təsir etdi. Gözümüzü açandan onu prezident kimi görmüşdük, onun da prezident kimi davam etməsini istəyirdik. Amma əlbəttə ki, biz onun işinə qarışa bilmərik. Bunun hansı səbəbdən baş verdiyini də bilmirik. Bizim üçün onun gedişi gözlənilməz oldu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |