Yeni transfer "Neftçi"də məşqə başladı

14.06.2019 | 6241 dəfə oxunub

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Stadium.Aklubun saytına istinadən xəbər verir ki, gündə iki dəfə məşq edən komandanın düşərgəsinə bu gün yeni transfer Voyislav Stankoviç də qoşulub.Klubun bazasında baş tutan məşqlərdə toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib.

Hazırlığın ilk mərhələsinə sabah səhər məşqi ilə yekun vurulacaq. Komanda iyunun 15-də səhər saatlarında təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail