"Bakı" "Dinamo"ya uduzdu - YENİLƏNİB

01.02.2012 | 7541 dəfə oxunub

Türkiyədəki təlim-məşq toplanışını davam etdirən "Bakı" bu gün növbəti yoxlama matçına çıxıb. Stadium.az xəbər verir ki, Aleksandr Starkovun rəhbərliyindəki komanda bu dəfə Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşıb.

"Bakı" Antalyadakı ilk sınaq matçında Hollandiya çempionatının lideri "AZ Alkmaar"a 1:5, Almaniyanın birinci liqa təmsilçisi "İngolstadt 04"a 0:4, Rumıniyanın "Panduri" klubuna isə 0:1 hesabı ilə məğlub olmuşdu. Son yoxlama oyununda isə Ukraynanın "Arsenal" (Kiyev) klubu isə "Bakı"nı 2:1 hesabıyla məyus etmişdi.

Bu oyunda isə "Bakı" iki dəfə hesabda önə çıxıb, lakin "Dinamo" ikinci dəfə geri düşdükdən sonra qələbə qazanmağı bacarıb. 


Yoxlama oyunu
1 fevral

19:00. Bakı – Dinamo (Minsk) - 2:3
Qollar: Lukas Horvat, 20. Şoliç, 52.

Oyun başlandı.
Parks kobud oyuna görə sarı vərəqə alır.
Parks növbəti kobudluğa görə meydandan qovulur. Lakin klublar arasındakı razılığa görə, qırmızı alan futbolçunu komanda yoldaşı əvəzləyə bilər. Beləliklə, meydana Parksın əvəzinə Aleksandr Şoliç çıxır.
20. QOL: Horvat Şoliçin ötürməsini gözəl zərbəylə tora qovuşdurur - 1:0.
26. Künc zərbəsindən sonra "Dinamo" hesabı bərabərləşdirir - 1:1.
İlk hissə başa çatdı.

İkinci hissə başlandı.
"Bakı" daha üstün oyun nümayiş etdirən tərəfdir.
52. QOL: Şoliç təxminən 30 metrdən gözəl qola imza atır - 2:1.
83. "Minsk" futbolçuları hesabı bərabərləşdirirlər -
2:2. 
85. Müdafiə xəttindəki kobud səhv nəticəsində "Dinamo" daha bir qol vurur - 2:3
Matç başa çatdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail