Aftandil Hacıyev: "Bu oyunda ən çox xoşuma gələn məqam o oldu ki..."

29.06.2019 | 6548 dəfə oxunub

“Növbəti yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı üçüncü oyunumuzda rəqibimiz Rumıniya komandası idi. UEFA Avropa Liqasında da rəqibimiz Rumıniya təmsilçisi olduğuna görə, bizim üçün bu komanda ilə oynamaq böyük əhəmiyyət kəsb edirdi. Rəqibimiz mübariz, təcrübəli bir komanda idi. Hətta heyətlərində bizim çempionatdakı “Zirə”dən Gabriel Matei və “Neftçi”dən Derlis Meza Kollini də görə bilərik. Düşünürəm ki, maraqlı oyun alındı".

Stadium.Az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində "Klinçeni" (Rumıniya) klubu ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

Klubun rəsmi saytına danışan 37 yaşlı mütəxəssis bildirib ki, hələ futbolçuları tam hazır deyil: "Lakin çalışırıq ki, hər bir futbolçuya fərdi yanaşaq. Onların fiziki durumunu balanslaşdırmaq üçün müəyyən dəqiqələrə bölmüşük. Yeni futbolçularımızdan Mirabdulla və Eriko bu oyunda heyətdə yer almışdılar. Bundan sonra çalışacağıq ki, komandanı iyulun 11-də keçirəcəyimiz oyuna formalaşdıraq. Bu oyunda ən çox xoşuma gələn məqam o oldu ki, əvvəlki oyunlarla müqayisədə futbolçular daha intizamlı və diqqətli oynadılar. Bundan sonra oyunlarımızı daha da yaxşılaşdırmağa səy göstərəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail