Sənan Qurbanov: "Onlara inanmaq, şans vermək istəyirik"

30.06.2019 | 5742 dəfə oxunub

"Yaxşı oyun oldu. İyunun 17-də başlanan hazırlığın sonunda ciddi rəqibə, Premyer Liqa klubu ilə yoxlama oyunu keçirdik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Gənc mütəxəssis bu gün "Zirə" ilə keçirdikləri və 1:1 başa çatan yoxlama oyununu dəyərləndirib:

"Bunadək iki həftəlik yaxşı hazırlıq prosesini arxada qoymuşduq. Bu görüşə əsasən bizim üçün yaxşı material, futbolçular üçün yaxşı məşq oldu. Oyunçular meydanda yaxşı hərəkət etdilər. Oyundan razı qaldım".

Qurbanov əsas komandanın heyətində meydana çıxan "Qəbələ" Futbol Akademiyasının yetirmələrinin çıxışına da toxunub: "İlk dəfə Premyer Liqa klubuna qarşı oynadılar. Bəzi futbolçularda həyəcan var idi. Lakin onların potensiallarını bilirik. Gözümüzün önündə yetişiblər. Onlara inanmaq, şans vermək istəyirik. Daha çox məşq etməli, öz üzərlərində çalışmalıdırlar ki, əsas heyət oyunçusuna çevrilsinlər. Onlar zamanla daha yaxşıya doğru irəliləyəcəklər. Gənc oyunçuların istəkli olması sevindiricidir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail