"Qarabağ" əsas müdafiəçilərini itirdi

03.07.2019 | 5319 dəfə oxunub

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itkilərlə üzləşib. Stadium.Az xəbər verir ki, kapitan Rəşad Sadıqov dizindən zədələnib. Təcrübəli müdafiəçi 5 gündür ümumi məşqlərdə iştirak etmir. 

Onun ilkin müayinədən sonra əməliyyata ehtiyacı olmadığı bildirilsə də, konkret hansı müddətə sıradan çıxdığı məlum deyil. Ancaq Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani” ilə keçiriləcək ilk oyuna çıxacağı istisna deyil.

Bundan başqa, bu gün “Viktoriya” ilə yoxlama oyununda digər mərkəz müdafiəçisi Bədavi Hüseynov da zədə alıb. Arxa əzələsi dartılan futbolçu bu gün tibbi müayiənədən keçəcək. O da “Partizani” ilə ilk oyunu buraxa bilər.

"Qarabağ"la "Partizani" arasında ilk matç iyulun 10-da Albaniyada,  cavab qarşılaşması isə 1 həftə sonra Bakıda keçiriləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail