Qurban Qurbanov: "Bu haqda düşünməsək daha yaxşı olar"

16.07.2019 | 5645 dəfə oxunub

Sabah Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində son ölkə çempionumuz "Qarabağ" Albaniya çempionu "Partizani"ni qəbul edəcək

Stadium.az xəbər verir ki, oyun öncəsi baş tutan mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb

- Çox ciddi rəqibdi. Düzgün müdafiə olunmağı bacaran komandadır. Bunu ilk görüşdə də gördük. Bir o qədər də uğurlu rəqib deyil. Amma belə hallarla bir neçə dəfə qarşılaşmışıq. Çalışcağıq mümkün qədər diqqətli və nizamlı oynayaq

- Təcrübə sabah nə dərəcədə "Qarabağ"a kömək ola bilər?

- Bəli, təcrübəmiz var. Bəzən bir qədər uğur qazanandan sonra uğursuzluq olur. Hər zaman bundan narahat olmuşam. Ancaq hər bir halda, sabah təcrübə bizə kömək olmalıdı. Təcrübə və səbr cavab görüşündə uğur qazanmağımza başlıca səbəblərdi

- Stadion dəyişikliyi narahat etmir ki?

- Bu haqda çox danışmaq olar. Amma istəməzdim ki, fikirlər bu yönə yönəlsin. Son illər davamlı olaraq belə məsəllər ortaya çıxır. Təbi ki, bu rəqibə üstünlük yaradır. Amma buna baxmayaraq doğma Bakımızda biz qələbə qazanmalıyıq

- Almaniya mətbuatında rəqibin penallara hazırlaşması haqda məlumatlar çıxıb. Siz necə buna hazırlaşmısınız?

- Belə oyunlarda belə hallar olur. Amma belə oyunlardan əvvəl oyunçulara bu haqda nəsə demirəm. Bu haqda düşünməsək daha yaxşı olar

- Geryenin gedişi qalmaqallı oldu

- Klub tərəfdən bu haqda açıqlama verilib. Qısaca mən də onu deyim ki, Gerye burdan gedəndə danışıqlarımız olmuşdu. Hətta gəlmə vaxtını da razılaşmışdıq. Ancaq sonradan danışılan vaxtda geri qayıtmayınca yollar ayrıldı. Belə şeylər haqda çox danışmağı xoşlamıram. Geryeyə gələcək karyerasında uğurlar arzulayıb sağollaşdıq

- Müdafiə xəttinə transferlər olsa da, hücum xətti bu baxımdan axsayır

-  Daim oyunçu axtarırıq. Uyğun oyunçu olarasa, ranfer etməyə hazırıq. Artıq yeni hücumçu ilə anlaşmışıq. Bundan sonra da razı qalacağımız oyunçu olacaqsa, transfer etməyə hazırıq

-  Ayltonun sabah meydanda görə bilərik?

- Hələ tam hazır deyil. Amma sabah meydanda ola bilər. Qəti qərarı sabah verəcəyik

- İlk oyunlar müqayisədə start heyətində dəyişiklik gözlənilir?

- Ola bilər. Bu haqda sabah qərar verəcəyik



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail