Ozobiç: "İndi bu barədə danışmaq üçün erkəndir"

18.07.2019 | 5144 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç  Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyun haqda nə deyə bilərsiniz?

- "Partizani" bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.

- İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?

-  Əsas odur ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağı bacardıq.

- Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?

- Bildirdi ki, sakit oynamaq lazımdır, hər şey yaxşı olacaq.

- Başla vurduğunuz qol "Qarabağ"ın mərhələ adlamasına kömək oldu...

- Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.

- Növbəti mərhələdəki rəqibiniz İrlandiya "Dundalk"ı barədə məlumatınız varmı?

- Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdır.

- "Partizani"nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?

- Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdir.

- "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?

- İndi bu barədə danışmaq üçün erkəndir. Oyun-oyun, mərhələ-mərhələ irəliləmək lazımdır. Sonrasını birlikdə görəcəyik.

- "Qəbələ"də olarkən "Dalğa Arena"da avrokubok matçına çıxmısınız. Bura sizin üçün necədir?

- Bəli, "Maribor"a qarşı burda oynamışam. Ancaq "Tofiq Bəhramov"da oynamağı sevirəm. Hələ ki, "Dalğa Arena"dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail