"Qəbələ" - "Barselona" əməkdaşlığında növbəti mərhələ

02.02.2012 | 5277 dəfə oxunub

"Qəbələ" "Barselona" əməkdaşlığının növbəti mərhələləsinə start verilir. Stadium.az xəbər verir ki, öncədən nəzərdə tutulduğu kimi "Qəbələ" Futbol Akademiyasının məşqçilər heyəti təcrübə məqsədi ilə Barselonaya səfər edəcək.

Akademiya direktoru Ali Yavaşın rəhbərlik etdiyi heyətdə Nail Kərimov (Akademiya direktorunun müavini), Halim Fıçıcı (Gənclər Futbolunun İnkişaf Proqramının rəhbəri), Famil Xəlilov (U-17-nin məşqçisi), Eldəniz Süleymanov (U-16-nın məşqçisi), Hüseynqulu Quliyev (U-15-in məşqçisi) və Sərdar Qafarov (U-14-ün məşqçisi) yer alıblar. Fevralın 3-dən 11-dək davam edəcək səfər müddətində ilkin olaraq “Barselona”nın aşağı yaş qruplarının çempionatdakı çıxışları izləniləcək.

Fevralın 4-də isə “Qəbələ” təmsilçiləri Camp Nou-da “Barselona” – “Real Sosiedad” matçına tamaşa edəcəklər. Fevralın 6-dan etibarən isə mərhələli şəkildə “Barselona”nın əsas komanda və akademiya təsisləri, La Masia ilə tanışlıq baş tutacaq.  Bundan sonra akademiya rəhbərliyi ilə görüş təşkil olunacaq. Səfər zamanı klubun idarəetmə sistemi ilə tanışlıq, əsas və əvəzedici komandaların məşqçiləri ilə görüşlər planlaşdırılır. Nümayəndə heyəti İspaniya təmsilçisinin təlim üsulları ilə yaxından tanış olmaq məqsədilə bütün yaş qrupları uzrə komandaların məşq proseslərində iştirak edəcək.  

Bu yolla bir müddət öncə Qəbələdə “Barselona”lı məşqçilər tərəfindən təşkil olunan seminarların tamamlanması və seminar mövzularının canlı izlənməsi hədəflənir. 

May ayında isə ötən ilin dekabrında Qəbələyə Xosep Moratallanın başçılığı altında səfər etmiş məşqçilər heyəti bir daha ölkəmizə gələcək. Səfər zamanı ispanlar yerli məşqçilərin və komandaların durumu və görülən işlərlə bir daha yaxından tanış olacaqlar. Eyni zamanda növbəti mövsüm görülməsi planlaşdırılan işlər müzakirə ediləcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail