"Qarabağ"dan İrlandiyada qollu sülh - YENİLƏNİB

25.07.2019 | 5610 dəfə oxunub

Bu gün Qarabağ UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi İrlandiyada Dundalk komandası ilə II təsnifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək.

“Oriel Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I raundda Albaniya çempionu Partizani-ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları Qarabağ-ı növbəti mərhələyə daşıyıb – 2:0.

Dundolk Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib I təsnifat mərhələsində Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib - 5:4.

Son 5 mövsümdə avrokuboklarda qrupa düşməyi bacaran Qarabağ-ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeye İrlandiya çempionu ilə görüşlər üçün sifariş olunublar.

Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Çempionlar Liqası, 24 iyul

II təsnifat mərhələsi, ilk oyun

"Dundalk" (İrlandiya) – "Qarabağ" (Azərbaycan) 1:1

Qollar: Hoban 78 - Mahir Əmrəli 4

Baş hakim: Bartoş Frankovski

Yan xətt hakimləri: Marçin Bonyek və Yakub Vinkler

Dördüncü hakim: Daniel Stefanski (hamısı Polşa)

Hakim-inspektor: Peter Froydfeldt (İsveç)

UEFA nümayəndəsi: Şarl Şak (Lüksemburq)

22:45. Dandolk. “Oriel Park” stadionu



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail