Zaur Həşimov: "Rəqibi daha yaxşı tanıdıq"

26.07.2019 | 5725 dəfə oxunub

"Yaxşı, mobil komandaya qarşı oynadıq. Analiz etmişdik və bilirdik ki, fiziki, atletik, həm də komanda şəklində hazırlıqlı komandadır. Bunu meydanda da göstərdilər ki, hazırda optimal formaddaırlar. Əbəs yerə Gürcüstan çempionatında lider deyil".

Stadium.Az xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə ev oyunundan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin məşqçisi Zaur Həşimov deyib. Qarşılaşma ilə bağlı fikirlərini bildirən mütəxəssis 0:2 hesablı məğlubiyəti şərh edib:

"Komandamız haqda onu deyə bilərəm ki, İvitsa ilk matçına çıxırdı, Davit zədəli idi, bəzi legionerlər yenidirlər. Yaratdığımz bütün qol imkanları uzun ötürmələrdən sonra gerçəkləşdi. Hücum planında rəqibin arxasına ötürmələrlə yaxşı nəticə qazanmaq fikrimiz var idi. Belə ötürmələr əksər hallarda alınırdı. Amma son zərbələr çərçivəyə getmirdi. Hazırda Ülvi İsgəndərov yaxşı formadadır. Ukrayna klubları ilə yoxlama matçlarında da yaxşı oynayıb, qol vurdu. İlk avrokubok matçına çıxdığı üçün ola bilər ki, bir az həyəcanlı idi. O, güvəndiyimiz futbolçudur və qarşıdakı bir ildə komandaya xeyir verəcək".

Həşimov evdəki məğlubiyyətə baxmayaraq, səfərə qələbə dalınca gedəcəklərini söyləyib: "Rəqibi daha yaxşı tanıdıq. Üstün və zəif cəhətlərini bildik. “Dinamo” burda 2:0 hesabı ilə qələbə qazandı. Səfərə qalib gəlməyə gedəcəyik. Komandamızda gənc futbolçular var, akademiyadan yeni oyunçular götürmüşük, legionerlər gec qoşulublar. Deyə bilərəm ki, yeni mövsümdə çempionatda daha yaxşı səviyyəli, daha optimal “Qəbələ” görəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail