Qurban Qurbanov: «Xəzər-Lənkəran» və «Bakı» məğlubiyyətlərini unutdurmağa çalışacağıq»

19.11.2010 | 3010 dəfə oxunub

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov AZAL-la oyun barədə fikirlərini saytımıza açıqlayıb. Qurban müəllimi bu dəfə də narahat edən məsələ futbolçuların milli komandalardan heyətə gec qoşulmasıdı: «AZAL-la oyunun tam hazırlığına bu gün başlamışıq. Həm yerli, həm də legioner futbolçularımız millilərin düşərgəsindən dönərək bu gün qoşulublar bizə. Yalnız bu gündən tam heyətlə, istədiyimiz kimi oyuna hazırlaşmağa başlamışıq. Məncə vəziyyət normaldı. Düzdü, yoldan bir az yorğun dönüblər, amma vəiyyətlərini düzəltməyə çalışırıq. Bir də ki, bu dəfə normal vəziyyətdə dönüblər. Oyuna gəlincə, rəqib güclü komandadı. Son turda MOİK-ə qalib gələ bilməsələr də, turnir cədvəlindəki yerləri hər şeydən xəbər verir. Çox maraqlı oyun olacaq. Qələbə qazanaraq «Xəzər-Lənkəran» və «Bakı» məğlubiyyətlərini unutdurmağa çalışacağıq».

rn

Qurbanov «Bakı» ilə oyundan sonra bildirmişdi ki, futbolçularının tez-tez milli komandanın toplanışında yer alması onun heyəti qurmasına manne olur. Bəs bu dəfə vəziyyət necədi? Baş məşqçi vəziyyətin normal olduğunu bildirdi: «İstəmərik yenə də ötən dəfəki kimi alınsın. Əlbəttə, oyuna bir yerdə hazırlaşa bilmirik. Mən demirəm ki, yalnız buna görə uduzmuşuq, sadəcə ortada olan amillərdən biri də budu. Amma bununla «Bakı»nın əməyini də yerə vurmaq fikrində olmamışam. Çünki həmin gün «Bakı» çox həvəsli və istəkli idi, qələbə üçün. Sona kimi mübarizə apardılar, yaxşı da oynadılar. Amma bu amil hazırlığımıza təsir edir. Bunu gizlətmək olmaz».

rn

 

rn

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail