"Daha gərgin çempionat olacaq" - Ramin Musayev

05.08.2019 | 5109 dəfə oxunub

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb.

Stadium.az xəbər verir ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2020/2021 mövsümündən çempionatda 10 komandanın mübarizə aparacağını deyib: "Futbol bayramıdır, klublarımızı təbrik edirəm. Gələn mövsüm 8 deyil, 10 komanda Premyer Liqada yarışacaq. Bu qərar qüvvədədir. Daha gərgin çempionat olacaq. PFL yaranandan hələ olmayıb ki, 1-2-ci yeri tutan komanda öz sözünü deməsin. Hər mövsümdə olduğu kimi, kim güclü, o da qalib gələcək. Çempionatın yeni adı PFL-lə bağlı olacaq "Topaz" isə sponsorluğunu dayandırdı. Peşmanlığımız yoxdur. "Topaz" kimi bukmeker şirkəti daha çox pul təklif edir. Ayın 16-na kimi hər şey dəqiqləşəcək".

Musayev "Qəbələ"nin I Divizionda çıxış etməyəcəyi üçün cərimə ediləcəyini deyib: "I Divizionda yarış avqustun 23-ü start götürəcək. Yarışda 13 komanda mübarizə aparacaq. "Qəbələ" turnirdən imtina etdiyi üçün 50 min manat cərimələnəcək. Klublara iştirak üçün 50 min manat ayrılır". Qurum rəsmisi "Səbail" və "Qəbələ"nin maliyyə cəhətdən zəifləməsi barədə bunları bildirib: "Dünyanın hər nöqtəsində güclü və zəif var. Bu, insanlar üçün də belədir. Buna görə də narahat olmağa dəyməz. İnanmıram ki, "Qəbələ" və "Səbail" ruhdan düşsün. Əksinə, yerli oyunçular legionerlər getsə, şansdan istifadə etməlidir. Bizim futbolçularda çox arxayınlıq var. Tərifləyən kimi özündən gedir. Üç dəfə tərifləyəndə dördüncü gün qəlyanxanada görəcəksən. Ona görə də başlarında "dubinka" olmalıdır. Valideynlərdən də çox şey asılıdır. Fikirləşməyin ki, "Qəbələ" və "Səbail" zəifləyəcək. "Səbail"in sponsoru klubdan imtina etmir. Sadəcə, gecikmə var. Futbolçular müqavilədəki pulu alacaq. Bəziləri tələsir, bir-birini yola verməlidirlər".

Futbol funksioneri Avropa Kuboklarında yoluna davam edən "Neftçi" və "Qarabağ"dan danışıb: "Avropa Kuboklarında iki klub yoluna davam edir və onlara uğurlar arzu edirəm. "Neftçi"nin "Arsenal"ı mübarizədən kənarlaşdırmasından sonra iki gün telefonum susmadı. Rusiyadan çoxlu zənglər gəldi. Hamı deyirdi "Neftçi" "Arsenal"ı keçə bilməyəcək. Çünki Rusiya Premyer Liqasını təmsil edir. Ancaq nəticə fərqli oldu. Ona görə də, "Qarabağ"ın "Ayaks"la düşmək ehtimalından qorxmaq lazım deyil. İndidən isə danışmaq istəmirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail