"Qəbələdə "Qalatasaray"ı çox sevirlər"

04.02.2012 | 3663 dəfə oxunub

"Qəbələ" klubunun türkiyəli məşqçiləri Halim Fıçıcı və Rəcəb Yazıçı qardaş ölkə mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, "Sporx.com"a açıqlama verən mütəxəssislər vaxtilə çalışdıqları "Qalatasaray"ın Azərbaycanda çox sevildiyini söyləyiblər.

Rəcəb Yazıçı açıqlama zamanı bunları deyib: "Biz Qəbələyə getdikdən sonra orada "Qalatasaray"a simpatiya artdı. Orada "Qalatasaray"ı çox sevirlər və "Qəbələ"nin aşağı yaş qruplarında çıxış edən futbolçular "bizi "Qalatasaray"a göndər" deyirlər. Bir çox oyunçudan isə forma sifarişi almışam".

Halim Fıcıçı isə bunları dilə gətirib: "Bu bölgədə "Qalatasaray" sevgisini görməmək mümkün deyil. Bizim orada gördüyümüz işlərdən sonra məni və Rəcəbi inanılmaz dərəcədə sevməyə başladılar. "Qəbələ" artıq Azərbaycanda elit bir komandaya çevrilib. 

"Qalatasaray"da işlədiyimiz dönəmdə "Qəbələ" Akademiyasının direktoru Ali Yavaş bizə yol açmışdı. Allah ondan razı olsun. Məni "Qəbələ" klubuna məhz Ali müəllim gətirmişdi. Azərbaycanda öz sistemimizi qurmağa çalışırıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail