Ayxan Abbasov: "Hər çempionat başlayanda sonuncu yerdə "Sumqayıt"ı görürlər"

24.08.2019 | 8125 dəfə oxunub

"Yeni mövsümdə evdə ilk oyunumuz idi. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Bizim günümüz deyildi. Çempionat bizim üçün çətin olacaq. Çalışmaq lazımdır. Hesabda geri düşdük, sistemi dəyişdik. Oyunumuz dağıldı. Bu gün fərdi səhvlərimizi çox oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Səbail"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, növbəti tur qarşılaşacaqları "Neftçi"nin favorit olduğunu söyləyib: "Neftçi"də problem görmürəm, çempionluğa oynayırlar. Məğlubiyyəti unudub həmin görüşə hazırlaşmalıyıq. İnamsız danışıram? Nə deyim? Deyim ki, udacağıq? Rəqib çempionluğa oynayır, bu vəziyyətdən çıxacaqlarını düşünürəm. Hər çempionat başlayanda sonuncu yerdə "Sumqayıt"ı görürlər. Ancaq biz də çalışırıq ki, öz sözümüzü deyək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail