“Neftçi”nin yubileylərlə zəngin məğlubiyyəti

27.08.2019 | 7177 dəfə oxunub

Azərbaycan Premyer Liqasının II turunun “Zirə” ilə oyunu “Neftçi”nin dörd futbolçusu üçün yubileylə əlamətdar olub. Zirə İdman Kompleksinin stadionundakı görüşdə 4 oyunçu 6 yubiley qeyd edib.

Rəhman Hacıyev “Neftçi”də ümumilikdə 150-ci matçını keçirib. O, Premyer Liqada 117, kubokda 21, avrokuboklarda 12 dəfə “ağ-qaralar”ın formasını geyinib. Namiq Ələsgərov isə paytaxt təmsilçisində 75-ci oyununa çıxıb.

Yarımmüdafiəçi çempionatda 63, kubokda 7, avrokuboklarda 5 dəfə şans qazanıb. Emin Mahmudovla Anton Krivotsyuk Azərbaycan Premyer Liqasında 50-ci oyunlarını keçirib. Hər iki futbolçu çempionatda yalnız bir komandada çıxış edib. Beləliklə, onlar həm də “Neftçi”də 50-ci çempionat matçında iştirak ediblər. Qeyd edək ki, yubileylərlə zəngin olan matçda “Neftçi” 0:1 hesabı ilə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail