Cavid Hüseynov milliyə dəvət almasından danışıb

27.08.2019 | 6716 dəfə oxunub

"Milliyə dəvət aldığım üçün sevinirəm. Bu komandanın formasını geyinmək mənim üçün böyük şərəfdir".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında uzun müddətdən sonra Azərbaycan millisinə dəvət alan "Zirə"nin futbolçusu Cavid Hüseynov deyib.

31 yaşlı yarımmüdafiəçi yenidən yığma komandada yer aldığı üçün şad olduğunu bildirib: "Komandaya cəlb olunmağımda hansı amilin rol oynadığını deyə bilmərəm. Yığmanın bundan öncəki matçlarında da dəvət gözləyirdim. Amma indi çağırıldım".

Nikola Yurçeviçin rəhbərliyi altında ilk dəfə milliyə cəlb olunan Hüseynov baş məşqçi ilə tanışlığının olmadığını söyləyib.

Premyer Liqanın II turunda "Neftçi"ni məğlub etdikəri görüşdə yeganə qolun müəllifi olan yarımmüdafiəçi xorvatiyalı məşqçinin onu həmin qarşılaşmada bəyənə biləcəyini deyib: "Yurçeviç qarşılaşmanı tribunadan izləyirdi. Mən həmin matçın təkrarına baxdım. Qol vursam da, sözün düzünü deyəcəyəm. Öz oyunumu bəyənmədim. Amma nəticəyə əsasən, dünənki matçdan sonra baş məşqçinin fikrində dəyişiklik baş verə bilər. Ola bilər ki, qığılcım var idi. Bəlkə də vurduğum qol Yurçeviçin mənə qarşı istəyini artırıb".

Təcrübəli oyunçu son olaraq milliyə nə vaxt çağırıldığını xatırlamadığını vurğulayıb: "Qarşıdakı matçlarda oynamaq şansı qazana bilsəm, özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Rəqiblərimiz asan komandalar deyil. Uels və Xorvatiya dünya səviyyəli yığmalardır. Asan heç nə olmur, ümumiyyətlə, bu iki kollektivə qarşı bizim üçün çox çətin olacaq. Futbolda hər şey ola bilər. Qorxuruqsa, meydana çıxmağa dəyməz. Hər iki qarşılaşmada heç-heçə əldə edə bilsək, bu, bizim üçün uğurlu nəticə hesab olunmalıdır. Burada Amerika kəşf etməyə ehtiyac yoxdur. Hər oyundan bir xal bizim üçün böyük nəticədir".

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində sentyabrın 6-da səfərdə Uels, sentyabrın 9-da isə Bakıda Xorvatiya ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail