AFFA-dan "Sumqayıt"ın prezidentinə və baş məşqçisinə xəbərdarlıq

28.08.2019 | 6740 dəfə oxunub

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 2-ci turunda baş verən hadisələr müzakirə olunub.

Stadium.Az xəbər verir ki, Premyer Liqanın II turunun “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildirmişdilər.

İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasovu bu hala görə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslərin İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqları bildirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail