Azərbaycanda ilk perulu, Zirə-də 40-cı legioner

28.08.2019 | 6547 dəfə oxunub

Azərbaycan Premyer Liqasının II turunun "Neftçi” ilə oyunu (1:0) daha iki futbolçunun "Zirə”də debütü ilə əlamətdar olub.

Stadium.Az xəbər verir ki, birinci turun "Səbail”lə qarşılaşmasında Elvin Camalovla Cavid Hüseynov, Boyan Zoqoviç, Anastasios Papazoqlu və Soni Norde ilk dəfə "Qartallar”ın heyətində rəsmi matça çıxmışdısa, bu dəfə Miloş Bakraçla Alvaro Ampuero buna nail olub. Bununla da "Zirə”nin Premyer Liqadakı oyunları tarixində iştirak edən futbolçuların sayı 79-a çatıb. "Neftçi” ilə görüşədək bu rəqəm 77-yə bərabər idi. Son matçadək "Zirə”nin Premyer Liqa qarşılaşmalarında 39 yerli və 38 əcnəbi şans qazanmışdı. Bakraçla Ampuero bu rəqəmi yubiley həddinə - 40-a çatdırıb.

Miloş klubun tarixində 3-cü monteneqroludur. Onadək Boyan Zoqoviçlə İqor İvanoviç bu ölkəni təmsil edib. Alvaro isə təkcə "Zirə” deyil, Azərbaycan çempionatlarının 27 illik tarixinə ilk perulu kimi düşüb. Ona qədər Premyer Liqada Perudan olan futbolçu çıxış etməyib. "Zirə”də bunadək 26 ölkədən legioner oynamışdısa, Peru bu siyahıda 27-ci olub: Fransa - 4, Nigeriya, Serbiya, Monteneqro - hamısı 3, Braziliya, Haiti, Monteneqro, Paraqvay, Rumıniya – hamısı 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Hollandiya, İspaniya, Kamerun, Şimali Makedoniya, Malavi, Mali, Mərkəzi Afrika Respublikası, Moldova, Portuqaliya, Qana, Salvador, Trinidad və Tobaqo, Ukrayna, Yunanıstan, Peru – hamısı 1.

İki debütant hesabına bütün turnirləri nəzərə alsaq, komandamızın heyətində çıxış edənlərin sayı 116-ya yüksəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail