Qurban Qurbanov: "Fikir bildirsəm, neqativ fikirlər səsləndirməliyəm"

30.08.2019 | 6380 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin “Linfild”lə Bakıdakı cavab matçından (2:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- APOEL-ə məğlubiyyətdən sonra azarkeşlər bu gün də bizi möhtəşəm dəstəklədilər. Onları təbrik edirəm. Futbolçularımı təbrik edirəm. Bizim üçün asan olmadı. Bəlkə də, avrokuboklarda ən çox qol epizodu yaratdığımız ildir. Bu özü böyük uğurdur. Deməli, futbolçularımızın ustalığını tez zamanda daha da yaxşılaşdırmalıyıq. Yenə qrupa düşdük. Sabahı gözləyək, görək hansı komandalar düşəcək. Şimali İrlandiya komandası göstərdi ki, futbolda zəif rəqib yoxdur. Futbolçularımız çox intizamlı oynadılar. Son dəqiqədə buraxılan qol planda yox idi. Üzərimizdə böyük təzyiq var idi. Çünki avrokuboklarda Azərbaycan komandaları arasında tək qalmışıq. Belədə oyunçuları hazırlamaq da asan olmur. “Linfild” də çox istəkli idi, müdafiə olunmaqdan həzz alırdılar. Onlar bura elə-belə gəlib çıxmayıblar”.

- Bu oyunun sizin üçün əhəmiyyəti nə dərəcədədir?

- Hər bir oyunun baş məşqçi üçün əhəmiyyəti böyükdür. Bilmirəm, 100-cü oyun olduğu üçünmü bu sualı verirsiniz. Mənim üçün “Səbail”lə qarşıdakı oyun da vacibdir. Daim futbolçuları qələbəyə kökləməliyik.

- Romero orta sahədə ümidləri doğrultdumu?

- Xaymenin mövqeyini dəyişmişdik. Çünki hücumda daha sürətli oynamaq istəyirdik. Sona qədər yaxşı oynadı.

- 6-cı dəfə qrupa düşdünüz. İlk uğur yadınızdadırmı?

- Çox yaxşı xatırlayıram. “Tvente” üzərində qələbədə göz yaşlarım olmuşdu. İndi daha təcrübəliyəm. İlk qələbənin ləzzəti fərqli olur. Hamı Çempionlar Liqasına vəsiqəni düşünürdü. Amma Avropa Liqasına düşməyin məsuliyyəti də var idi. Turnirə yaxşı hazırlaşanda və qalib olmaq istəyəndə əziyyət çəkirsən. Bunun bəhrəsini görəndə sevincli, görməyəndə kədərli olursan.

- Artıq qrupa düşmüsünüz. Transferlər gözlənilirmi?

- Bütün dünya klubları indi transferlərdən şikayət edirlər. Çünki hətta “Real”, “Barselona” da istədiyi oyunçuları ala bilmir. Xüsusən də, bizim oyun üslubuna malik oyunçu tapmaq çətindir. Bütün keyfiyyətlərin hamısının bir futbolçuda olması çətindir. Birində hansısa keyfiyyət çatmırsa, digəri onu sığortalamalı olur. Bəzən 3-4 transfer istədiyin kimi alınmır. Bu günə kimi bir neçə futbolçularla danışığımız olub. Son günə qədər bunu davam etdirəcəyik.

- Son iki ildə qrup oyunlarınızı BOS-da keçirmisiniz və azarkeşlər buna narazılıq bildirmişdilər. Budəfəki seçiminiz necə olacaq?

- Bəzi məqamlar var ki, bununla razılaşmalıyıq. Bu arena azarkeşlər üçün daha rahatdır. Hamısı Bakının stadionudur. Amma BOS-la "Tofiq Bəhramov"u futbolçular üçün eyni edə bilmərik. Mərkəzi arenanın oyunçular üçün daha rahat olduğunu deyə bilərik. Mövsümün əvvəlində “Dalğa Arena”da da oynamışıq. Bütün qərarlara normal yanaşmalıyıq. Qrup üçün mərkəzi arenanı sifariş etmişik. Düşünürəm ki, qrup oyunlarını burda oynayacağıq.

- Rəqibin baş məşqçisi dünən dedi ki, 1 milyon pulum olsa, Riçard, Zubir və Rahili alardım. Düşünmürsünüz ki, bu məbləğ azdı? Siz onlardan kimisə alardınızmı?

- Belə fikirlər eşitmək xoşdur. Aranızda normal diskussiya olub. Onlardan hansı futbolçuları istərdim? Belə fikirlər səsləndirməyi xoşlamıram. Çünki futbolçuları dərindən, gizlindən araşdırırıq. Futbolçularımız üçün təklif gəlsə, ondan sonra nəsə demək olar.

- Qrupda minimum hədəf nə olacaq?

- Püşkatmadan sonra deyə bilərik.

- Elə bir potensialınız var ki, indiyə qədər nümayiş etdirə bilməmisiniz və qrupda bunu görə bilərik?

- Futbolçu üzərində çox çalışmalıdır. “Qarabağ”ın futbolçularının oyununu yaxşılaşdırmağa, daha keyfiyyətli oyun göstərməyə potensialı var. Onlarla fərdi şəkildə də hazırlaşırıq. Qrup tam fərqlidir, ordakı rəqiblər də futbolçunu daha yaxşı, sürətli oynamağa məcbur edirlər. Çünki daha yuxarı səviyyə olacaq. İnşallah, qrupda daha sürətli və baxımlı oyun göstərə bilərik.

- Belə bir fikir formalaşıb ki, digər klubların uğursuzluğu Premyer Liqadakı rəqabətsizlikdən qaynaqlanır və “Qarabağ” topladığı təcrübə hesabına qrupa düşür...

- Təcrübə bu turnirdə oynamağa yetərlidir. Fikir bildirsəm, neqativ fikirlər səsləndirməliyəm. Bunu hər dəfə demək istəmirəm. İstərdim ki, daha imkanlı klublarımız, güclü çempionatlardan gələn futbolçular olsun. İlboyu belə tempdə oynamaq hamı üçün daha yaxşı olardı. İstəmərəm ki, çempionatı Avroliqadakı çıxışla əlaqələndirsinlər 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail