"Qəbələ"dən Sənan Qurbanov açıqlaması

01.09.2019 | 6422 dəfə oxunub

"Qəbələ" rəhbərliyi baş məşqçisi Sənan Qurbanovun istefasını qəbul edib. Stadium.Az xəbər verir ki, bu barədə  klubun rəsmi saytı məlumat yayıb. 

39 yaşlı mütəxəssisə fəaliyyətinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Keşlə"yə 0:4 hesablı məğlubiyyətdən sonra istefa verdiyini açıqlamışdı.

2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib.

"Qırmızı-qaralar" onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün qalibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail