“Qəbələ” – 14!

02.09.2019 | 6129 dəfə oxunub

Bu gün “Qəbələ” İdman Klubunun yaranmasının 14 ili tamam olur. Stadium.Az xəbər verir ki, əyalət təmsilçisi 2005-ci il sentyabrın 1-də Xanların “Göy-Göl” klubu kimi qeydiyyatdan keçib. 

2005-2006-cı illər mövsümünün gedişində klubun adı dəyişdirilib və “Gilan” olub. İlk mövsümdə 1-ci divizionun çempionu olan komanda, Premyer Liqada oynamaq hüququ qazanıb. Klub 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçüb. Premyer Liqadakı debüt mövsümünün ardından adını dəyişən “Gilan” 2007-ci ilin avqustundan “Qəbələ” kimi yarışlarda çıxış edir.
 
Bu müddətdə 5 dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşən klub 2013-2014, 2014-2015 və 2015-2016 mövsümlərində bürünc, ardınca 2016-2017 və 2017-2018 mövsümlərində gümüş medallara yiyələnib. 
 
2014-cü ildə avrokuboklarda debüt edən “Qəbələ” ardıcıl 6 mövsüm UEFA Avropa Liqasında mübarizə aparıb. 2015-2016 və 2016-2017-ci illərdə isə təsnifat mərhələlərində 4 rəqibini mübarizədən kənarlaşdıran “qırmızı-qaralar” qrupda qüvvəsini sınayıb. “Qəbələ” UEFA Avropa Liqasının tarixində ardıcıl iki il 4 mərhələ keçməklə qrupa düşən ilk komanda olub.
 
2018-2019-cu illər mövsümündə Azərbaycan kubokunun qalibi olan “Qəbələ” daha üç dəfə finalda oynayıb. 2013-2014, 2016-2017 və 2017-2018-ci illər mövsümündə kubokun bir addımlığınadək irəliləyib.
 
“Qəbələ” İdman Klubunun əsas komandası ilə yanaşı, futbol akademiyası, həmçinin digər idman növlərindəki təmsilçiləri də uğurları ilə diqqət çəkib. Hazırda Azərbaycanın əksər klublarında “Qəbələ” akademiyasının yetirmələri çıxış edir. Klubda yetişən istedadlar arasında karyerasını ölkə xaricində davam etdirənlər də olub. 2013-cü ildən idman klubu kimi fəaliyyət göstərən “Qəbələ”nin təmsilçiləri müxtəlif növlərdə dünya və Avropa miqyaslı turnirlərdə, Olimpiya Oyunları, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da mükafatçılar sırasına düşüblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail