Emin Mahmudov üçün yubiley qolu

02.09.2019 | 5592 dəfə oxunub

"Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov yubiley qoluna imza atıb.

Stadium.az PFL-ə istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt”la görüşündə (2:1) hesabı bərabərləşdirən futbolçu üçün bu top ikiqat önəm daşıyıb. Mahmudov Azərbaycan çempionatında 10-cu qolunu vurub. Buna 51-ci matçında nail olan Emin bütün matçlarını bir komandada – “Neftçi”də keçirib. “Ağ-qaralar”ın kapitanının paytaxt təmsilçisindəki ümumi qol sayı 15-ə çatıb.

Premyer Liqadakı 10 qoldan başqa avrokuboklarda 4, Azərbaycan kubokunda 1 dəfə fərqlənən Mahmudov 63-cü qarşılaşmada 15-ə çatıb. “Neftçi”yə “Sumqayıt” üzərində çətin qələbə qazandıran qola imza atan Stiven Monroz da yubiley qeyd edib. Fransalı legioner Premyer Liqada 50-ci oyununu keçirib.

“Neftçi”yədək “Qəbələ”də çıxış edən Monroz 47 matça əyalət təmsilçisində, 3 oyuna indiki klubunda çıxıb



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail