"Sumqayıt" da üzr istədi - Hər şey Azərbaycan futbolu üçün!

03.09.2019 | 6131 dəfə oxunub

"Sumqayıt" Premyer Liqanın III turunun "Neftçi" ilə oyununda baş verənlərlə bağlı bəyanat yayıb. Stadium.Az xəbər verir ki, baş verənlərə görə üzr istəyən "gənclik şəhəri" təmsilçisi bununla bağlı klub daxilində müvafiq addımlar atılacağını da bildirib. 

"Hörmətli futbol ictimaiyyəti!

“Sumqayıt” Futbol Klubu olaraq, hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində sentyabrın 1-də Bakı şəhərindəki “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən “Sumqayıt” FK olaraq üzr istəyirik.

Bəyan edirik ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də məsələ ilə bağlı detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.

“Sumqayıt” FK futbolun bir idman növü olaraq hörmət və ehtiram (Respect) kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubumuzun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır.

Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, “Hər şey Azərbaycan futbolu üçün!”, - deyirik".

Xatırladaq ki, qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə Neftçi qələbə topunu vurub. Sumqayıt-ın kapitanı Vurğun Hüseynov qol sevincini qeyri-etik jestlə edən Anton Krivotsyukun üzərinə gedərək onun başına şillə vurub. Nəticədə Anton ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail