"Qələbəni böyük çətinliklə qazandıq" - Giqqz

07.09.2019 | 5347 dəfə oxunub

Uels millisinin baş məşqçisi Rayan Giqqz AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib.

Stadium.az xəbər verir ki, 45 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib: "Beyl illər ərzində Uels üçün vacib qollar vurub. Beyl kapitandır, hər kəs ona baxır. O, böyük xarakter göstərdi və bundan çox məmnun oldum. Önəmli qələbə qazandığımız üçün razıyam. Çətin oyun keçdi. Azərbaycan millisi Xorvatiya ilə oyundakı kimi çıxış elədi. Dürüst olsam, ilk hissədən məmnun qalmadım. Çox səhv etdik. Futbolçuların çoxu formada deyildi. Topu daha sürətli şəkildə hərəkət etdirməli idik. Futbolçular böyük xarakter göstərdi, amma məyusluğum da var. Azərbaycan yığması topu özündə saxlayıb, əks-hücumlara çıxa bilirdi. Üzərində çalışmalı olduğumuz məqamlar var. Azərbaycan yığmasından hansısa futbolçunu fərqləndirmək istəməzdim. Rəqibin heyətində yaxşı oyunçuların olduğunu deyərdim. Bu matçda yaxşı oynadılar. Heç kim bu komandanı zəif görmür. Qələbəni böyük çətinliklə qazandıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail