Elmar Baxşıyev: "Heç kimdən çəkinmirik"

22.09.2019 | 6099 dəfə oxunub

“Oyunun belə ağır keçəcəyini əvvəlcədən də bilirdik. “Səbail” yerli futbolçulardan yaxşı təşkil olunmuş komandadır. Həftə ərzində rəqibin üstün və zəif cəhətlərini analiz edib, komandanı bu qarşılaşmaya yaxşı hazırlaya bilmişdik. Komandanın gündən-günə inkişaf etməyi bizi sevindirir. Sentyabrın 7-də “Sumqayıt”a qarşı keçirilən yoxlama görüşündən başlayaraq inkişafı oyundan-oyuna görürük. Ülvi İsgəndərovun topu qapıçının başı üzərindən göndərdiyi epizoda qayıtmaq istəmirəm. Futbolun gözəlliyi odur ki, hər epizod qol olmur. Belə olan halda da hesab fərqli ola bilər".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin çalışdırıcısı Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda "Səbail"lə oyundan (1:1) sonra deyib.

"Gənc komandayıq, heç kimdən çəkinmirik. Oyundan-oyuna daha yaxşı futbol sərgiləməyə, nəticə qazanmağa çalışacağıq. Futbol bir yerdə dayanmır. Həmişə artırmaq mümkündür. Biz də zəif cəhətlərimizi bilirik. Onları aradan qaldırmaq üçün vaxt lazımdır. Zədəli iki oyunçumuz – Asif Məmmədovla Klesio Bauk komandaya qoşulduqdan sonra daha fərqli “Qəbələ” görə biləcəyik. Müdafiəyə çəkilmək tapşırığı verilməmişdi. Rəqib iddialı komandadır, bizi məcbur etdi ki, müdafiə olunaq. Futbol elə oyundur ki, küləkdə də, yağışda da, gün altında da oynamalısan. Ola bilər ki, hesabda öndə olduğumuz üçün onu qorumağa çalışıblar. Əliyar Ağayev Azərbaycanın ən yaxşı hakimlərindən biridir. Matçı da ideal idarə etdi” - deyə o bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail