Tərlan Əhmədov: "Bu, yaralı yerimizdir"

23.09.2019 | 5905 dəfə oxunub

"Komandama təşəkkür edirəm, baxımlı futbol oynadıq. Qol vurmasaq da, istədiyim oyunun çox hissəsini gördüm".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqamızın 5-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan matçı belə şərh edib: "Məğlub da ola bilərdik. Ədalətli nəticədir. Futbolda bəzən yaxşı oynayıb, uduza da bilirsən. Bəzi məqamlar məni narahat edir. Xüsusən də, orta xətdə. Turalın bir qədər zəif çıxışı məni narahat edir. Bizi qarşıda daha ağır oyunlar gözləyir. Bu cür çıxışın davamını gətirmək lazımdır".

Əhmədov rəqibin azlıqda qalmasına baxmayaraq bərabər səviyyəli oyun olduğunu bildirib: "Bir xal qazanılıbsa, deməli, belə olmalı idi. O qədər olub ki, azlıqda qalan komanda qalib gəlib. Futbolçuların üzərində çox təzyiqlər var idi. Rəqib azlıqda qalsa da, uduza bilərdik. Komandanın 80 faizini dəyişmişik. Oyundan-oyuna daha baxımlıq çıxış edirik. Rəqib 11 nəfərlə oynasaydı, bəlkə də, qalib gələcəkdik".

Əhmədov ehtiyat oyunçularının az olmasına da münasibət bildirib: "Ehtiyatda ikinci heyət olmalıdır. Bu, yaralı yerimizdir. Ən yaxşı oyunçularımız Əfran və Cabirdir. Əfran bu gün yaxşı təsir bağışladı. Formasını bərpa etdikdən sonra daha çox köməyi dəyəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail