Qurban Qurbanov: "Rəşad Sadıqovun bir az qızdırması vardı"

28.09.2019 | 5726 dəfə oxunub

“Futbolçularımı təbrik edirəm. Çox ağır qrafikdəyik. Futbolçuları hər oyuna motivasiya etmək çətindi. Həm fiziki, həm də psixoloji yorğunluq var. Bu gün bunu hiss etdim və normal qəbul edirəm”.

Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqanın 6-cı turunda evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra söyləyib.
 
O bildirib ki, futbolçuları oktyabrın 3-də Avropa Liqasının II turunda Lüksemburqda "Düdelanj"la oyuna qədər tam hazır etməyə çalışacaqlar: "Mahir Emrelinin həmin görüşə qədər fiziki durumuna baxacağıq. Rəşad Sadıqovun bir az qızdırması vardı. Ona görə bu gün meydana buraxmadıq. Onunla bağlı problem yoxdur. Səfərdə qalib gəlmək istəyirik. "Düdelanj"ın Kiprdə APOEL-i 4:3 hesabı ilə məğlub etməsi bizə ciddi düşünməyə əsas verir. Bütün oyunlara qələbə üçün çıxırıq. Rəqib buna nə qədər imkan verəcək, bunu zaman göstərəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail