Bordin: "Sözün düzü, azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm"

29.09.2019 | 6299 dəfə oxunub

Komandamızın meydana çıxan və çıxmayan üzvlərinin hamısına minnətdaram. Çünki hamısı qələbəyə köklənmişdi. İlk hissədə bir neçə qol epizodu yaratsaq da, fərqlənə bilmədik. Buna baxmayaraq, fasilədən sonra Tural Axundovun vurduğu qol oyumunuzu açdı, daha da gözəlləşdirdi. Bu qol oyunumuza görə bir növ hədiyyə oldu”.

Stadium.Az xəbər veirr ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 6-cı turunda "Qəbələ”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Daha sonra o bildirib: "Sözün düzü, azarkeşlərin nə qışqırdıqlarını başa düşmürdüm. Çünki əvvəldən sondadək oyuna köklənmişdim. Çempionatın necə bitəcəyini indidən deyə bilmərəm, ammaa bugünkü qələbə çox vacib idi. Monrozun həftəboyu bir az ağrıları var idi deyə, məşqlərə gec qoşuldu. Namiq isə məşqlərdə özünü yaxşı göstərmişdi. Buna görə də ona ilk dəqiqələrdən şans verdim. Geniş heyətimiz var deyə, çalışıram rotasiya edim. Deyərdim ki, bizdə yara vardı. Yaramızı az da olsa, sağaltmış olduq. Bu qələbə bizə psixoloji baxımdan üstünlük verəcək. Oyunumuzu daha da yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail