"Qarabağ" burda asan qələbə qazana bilməz" - "Düdelanj"ın baş məşqçisi

03.10.2019 | 5600 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ı qəbul edəcək Lüksemburqun "Düdelanj" klubunun baş məşqçisi Bertrand Krasson mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, belçikalı mütəxəssis komandasında təzyiq olmadığını deyib: "Üzərimizdə təzyiq yoxdur. Komandada yaxşı əhval-ruhiyyə var. İlk oyunda qalib gəlmişik. "Qarabağ"ı da məğlub etsək, qrupdan çıxmaq şansımız artacaq. Bu oyunda qalib gələ bilərik. Ev oyunu bizə üstünlük verir. "Sevilya" APOEL-i, biz də "Qarabağ"ı məğlub etsək, qrupda necə vəziyyətin yaranacağını təsəvvür edin. Biz də qrupda özümüzü göstərmək istəyirik. Futbolçularda təzyiq yoxdur, onlara deyəcəm ki, meydana çıxın, əylənin, döyüşün, kim olduğunuzu isbatlayın.

47 yaşlı çalışdırıcı "Qarabağ"ın bəzi oyunlarına baxdığını və təhlil etdiyini bildirib "Qarabağ"ın bəzi oyunlarına baxmışam. Son təhlilləri edəcəm. "Qarabağ" səfərdə evdəkindən fərqli oynayır. Bu amil bizə fayda verə bilər. Bizim bu oyunda qalib gəlmək öhdəliyimiz yoxdur. Düzdür, Avropada bizə də ciddi yanaşırlar. Rəqibə çətin anlar yaşadacağıq, amma nəticə üçün söz verə bilmərik. "Qarabağ" burda asan qələbə qazana bilməz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail