Araz Abdullayev kənarda qaldı

19.10.2019 | 5812 dəfə oxunub

"Qarabağ” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qəbələ”nin qonağı olacaq.

Stadium.az xəbər verir ki, Ağdam klubu oyunun iştirak ərizəsinə Araz Abdullayevin adını daxil etməyib. 27 yaşlı yarımmüdafiəçi ötən gün bahalı idman avtomobilini sürətlə sürüb, etdiyi tryukları “Instagram”da paylaşıb. Arazın bu əməli mətbuatda xoş qarşılanmamışdı. Millinin üzvü onu tənqid edən azarkeşlərdən birinə bu cavabı yazmışdı: “Burda qəbahət yoxdur. Boş yoldur. 2-3 dəqiqəlik əyləncə üçün dostum çəkdi”. Çoxlu tənqidlərdən sonra o, bu gün həmin paylaşımı silib.

Komandanın baş məşqçisi Qurban Qurbanov Abdullayevi “Qəbələ” ilə oyunun iştirak ərizəsinə daxil etməyib. Onun hansı müddətə əsas komandadan uzaqlaşdırıldığı bəlli deyil



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail