Elmar Baxşıyev: "Layiqli heç-heçə etdik"

19.10.2019 | 5548 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VIII turunun “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis nəticəni şərh edib: “Qarabağ” brend klubdur. Oyunun necə çətin keçəcəyini bilirdik. Həftəlik hazırlıq proqramı üzrə komandamızı matça kökləməyə çalışır, hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Düşünürəm ki, öz oyun üslubumuzu tətbiq edə bildik. Layiqli heç-heçə etdik. Biz məşqçilər hər gün komanda ilə ünsiyyətdəyik və bəzi komponentlərdə artırdığını görürük. Komanda oyuna hazır idi. Fasilə dövründə yoxlama oyunu da keçirdik. Planlaşdırdığımızı “Zirə” ilə həmin görüşdə də gördük. Bunun davamını da “Qarabağ”la matçda gətirdik. Komanda heç nəyi dəyişməsək də, futbolçular nəticə qazanmağa inanmağa başlayıb. Onlar bir-birinə inanırlar. Bizim üzərimizə komandanı oyunlara optimal formada gətirmək düşür. Bu uğurun sahibi isə futbolçulardır. “Qarabağ” adı kifayət edir ki, futbolçular maksimum motivasiya, güc və istəklə çıxsınlar, özlərini sübut etməyə çalışsınlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail