Aftandil Hacıyev: "Xal itkisi limitini doldurmuşuq"

20.10.2019 | 5534 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: "Nəticədən narazı qalsam da, hücum planında komandamdan razı qaldım. Öncə rəqibi tərbik edirəm. Vacib 3 xal qazandılar. İlk hissədə oyuna daha yaxşı köklənmişdik. 3-4 real qol epizodumuz da oldu. İkinci hissədə çox tez qol buraxdıq, planlarımız dəyişdi. Sistemdə dəyişiklik oldu. Rəqib daha çox müdafiə olunanda, qol vurmaq daha da çətinləşir. Əlbəttə, hücum mənasında yaxşı epizodlarımız oldu. Lakin qol epizodlarında dəqiqlik çatmadı. Müdafiədəki səhvlərimiz bizim üçün siqnaldır. Hər dəfə müdafiənin ani diqqətsizliyindən qol buraxırıq. Sonradan oyunu dəyişməkdə çətinlik çəkirik. "Sumqayıt" hesabı açıdıqdan sonra çox qapandı. Komanda şəklində irəli atıldıq və ikinci qolu buraxdıq. Fikrimcə, bu məğlubiyyət komandanı ayıltmalıdır. Bu xal itkiləri sonda bizə baha başa gələ bilər. "Qarabağ" və "Neftçi"dən başqa digər komandalar Avropa Liqasına vəsiqə uğrunda yarışacaq. Həvəsdən düşməməliyik. Xal itkisi limitini doldurmuşuq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail