"Oyuna istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik" - "Qəbələ"nin baş məşqçisi

24.10.2019 | 4945 dəfə oxunub

UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” - APOEL (Kipr) matçından (0:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Famil Xəlilov qarşılaşma barədə fikirlərini açıqlayıb.

Stadium.az xəbər verir ki, mütəxəssis məğlubiyyəti şərh edib: “Oyunu istədiyimiz kimi başlasaq da, sonunu gətirə bilmədik. Hücum futbolu oynamaq istəyirdik. Müdafiəyə çəkilmək fikrimiz yox idi. Bilirdik ki, APOEL təhlükəli rəqibdir. Cərimə meydançamıza nə qədər yaxın oynasalar, qol vurmaq şansları olacaq. Bu səbəbdən də kiprliləri öndə qarşılamağı fikirləşirdik. Bəzi futbolçularımız bu tapşırığı yerinə yetirsələr də, digərləri bunu bacarmadılar. Buna görə də sıxıntı ilə üzləşdik və qol buraxdıq. Rəqibin heyətində Giannis Satsiasın oyununu analiz etmişdik. Bilirdik ki, hansı səviyyədə oynayır. Ona bir nəfər ayırmışdıq ki, sonadək onu nəzarətdə saxlasın. Lakin futbolçumuz bunu bacarmadı. Rəqib oyunu həmin futbolçunun üzərində qurmuşdu. Qolu da həmin oyunçu vurdu. Komandamızı mübarizə apardığı, istəkli olduğu üçün təbrik edirəm. Bu futboldur. Biz hər şeyə - qələbəyə də, məğlubiyyətə də hazır idik. Mərhələni keçsəydik, daha yaxşı olardı. Futbolçulara da dedim ki, məğlubiyyəti unudub, ölkə çempionatına köklənməliyik. Gələn il eyni hissi yaşamaq üçün yenə çempion olmaq vacibdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail