APOEL rəsmisi Bakıdakı atmosferdən danışdı

25.10.2019 | 5653 dəfə oxunub

Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”la Bakıda 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

Stadium.az 24sports.com.cy saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin rəsmisi qarşılaşma barədə danışıb: “Oyundan dərhal sonra hava limanına yollandıq. Səhər 05:00-da Kiprə çatdıq. Yorğun yolçuluq oldu. Ancaq təqvimimiz belədir və buna uyğunlaşmalıyıq. Bakıdakı nəticə bizim üçün önəmli idi. Ümidlərimizi saxladıq və şansları ayağımıza gətiririk. Müəyyən ssenarilər var, amma reallığı görməliyik. Bəziləri “Sevilya”nın APOEL-lə oyuna qədər növbəti mərhələyə vəsiqəni təmin edəcəyini düşünür. Gerçək budur ki, “Sevilya” növbəti mərhələyə yaxındır və son turda “Qarabağ”la oyuna laqeyd yanaşa bilər. Ssenariləri müzakirə etməyi xoşlamıram. Evdə “Düdelanj”a uduzmuşduq. Başqa məğlubiyyətə haqqımız yoxdur”.

Petevinos APOEL-in aparıcı üzvü Musa Əl-Tamarinin “Qarabağ”a qarşı oynamamasının səbəbini açıqlayıb: “Oteldə komandanın toplantısına gec gəldi. Buna görə də cəzalandırıldı. Son zamanlar cəzalanmasının tək səbəbi bu deyil. Biz komandayıq və bir olmalıyıq”. Klub rəsmisi Bakıdakı atmosferin Kiprdə yaşanmadığını sözlərinə əlavə edib: “APOEL-dən gözləntilər hər zaman yüksək olub. Ardıcıl qələbələr qazanan yaxşı komandanın olmasını istəyirik. Həqiqət budur ki, hazırkı vəziyyətdən məmnun deyilik. Ancaq çempionatdakı nəticələrdən razıyıq. Ötən gün 30 min azarkeşin dəstəklədiyi stadionda çətin oyun keçirdik. Belə atmosferi Kiprdə son iki ildə cəmi bir dəfə görmüşük. Bunu ona görə deyirəm ki, azarkeşlər bizi istədiyimiz yerlərə apara bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail