"Görünür, ilk hissədə oyuna yanaşmamız düzgün deyildi" - Elmar Baxşıyev

26.10.2019 | 5279 dəfə oxunub

"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 9-cu turunda səfərdə “Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib: - Oyunun bizim üçün çətin keçəcəyini öncədən də bilirdik. İki futbolçumuz bu oyunu buraxmaq məcburiyyətində qalmışdı. Heyətlə bağlı çətinliyimiz vardı. Amma bu gün ilk hissəni çıxmaq şərtilə, komanda pis təsir bağışlamadı. Xüsusilə fasilədən sonra futbolçularımz istədiyimiz oyunu nümayiş etdirməyə çalışdılar.

- İki hissə arasındakı kəskin fərqin səbəbi nə idi?

- Heyətdəki itkilərlə əlaqədar bəzi futbolçuların mövqeyində dəyişiklik etmişdik. Bəzisi ilk dəfə bu mövqedə oynayırdı. Fasilədə sistemdə müəyyən dəyişikliklər etdik.

- Murad Musayev və Sadiq Quliyev ehtiyatda ola-ola mərkəz müdafiəçisi mövqeyinə Amin Seydiyevi çəkməyinizin səbəbi nə idi?

- İki oyun idi belə oynayırdıq. Müdafiənin mərkəzini dəyişmək istəmədik.

- Klesionu əvəzlədikdən sonra komandanız daha yaxşı göründü. Belə çıxır ki, oyuna Ülvi ilə başlasaydınız, daha effektiv olardı?

- Hərəsinin öz vəzifəsi var idi. Dəyişiklikdən sonra komandamız daha istəkli görünürdü. Görünür, ilk yarıda oyuna yanaşmamız düzgün deyildi.

- Hakimlərə tez-tez irad bildirirdiniz...

- Çox fit çalırdı, hər epizodda oyunu saxlayırdı. Ancaq böyük etirazım yox idi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail