“Sabah” 11 oyunluq seriyaya son qoydu

04.11.2019 | 6421 dəfə oxunub

Bakının “Sabah” klubu səfərdəki qələbəsiz oyunlar seriyasına son qoyub. Ardıcıl 11 dəfə rəqib meydanlarında qalib gəlməyən paytaxt klubu Premyer Liqanın X turunun “Qəbələ” ilə görüşündə 3 xal qazanıb – 2:1. Bunadək bakılıların son səfər qələbəsi fevralın 2-nə təsadüf edib.

“Zirə”nin meydanında 2 cavabsız qola sevinən “Sabah” sonrakı 11 oyunda 4 heç-heçə edib və 7 dəfə uduzub.

274 günlük seriyanın qırılması həm də paytaxt klubunun Premyer Liqada 5-ci səfər qələbəsi kimi tarixə düşüb. “Sabah” əvvəlki 19 qarşılaşmada 4 dəfə üç xal əldə edib.

“Qəbələ” – “Sabah” oyunu X turda qalibi müəyyənləşən yeganə qarşılaşmadır. Premyer Liqanın 8 komanda ilə keçirildiyi dövrdə 6-cı dəfə belə hal yaşanıb. 2016/17 mövsümündə 1, 2017/18 mövsümündə 4 dəfə turun dörd görüşündən üçündə heç-heçəyə təsadüf olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail